EN

Cennifer Lopez ilə Ben Afflek barışdı?

Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez ilə keçmiş həyat yoldaşı Ben Afflek münasibətlərini normallaşdırmaq istəyir.

Publika.az xəbər verir ki, bu barədə “In Touch Weekly” nəşri məlumat yayıb.

Ulduzlara yaxın bir mənbə iddia edib ki, Ben Affleklə Lopezin övladları çox yaxındır. Ona görə də onlar övladlarının xatirinə dostluq münasibətlərini qoruyub saxlamaq qərarına gəliblər.

"Hər ikisi bunun üçün nə lazımdırsa etməyə razıdır", - deyə mənbə qeyd edib.

Hollivud ulduzlarının ailəvi şam yeməyi təşkil etmək imkanını nəzərdən keçirdikləri də deyilir.

Chosen
50
27
publika.az

10Sources