AZ

Cennifer Lopezin uğursuz evliliklərinin səbəbi nədir?

Məşhur müğənni və aktrisa Cennifer Lopez bu dəfə şəxsi həyatı ilə dünya mediasının diqqətini çəkib. Ulduz sənətçinin şəxsi həyatında yaşadığı uğursuzluqların səbəbi araşdırılıb və bunun hansı səbəblərdən baş verdiyi qeyd edilib. 

Far.Az xəbər verir ki, Cennifer Lopez uğursuz evliliklərinin səbəbləri barədə danışarkən, həm şəxsi, həm də peşəkar faktorları nəzərə alınır. 

O, həm Hollivudun ən məşhur simalarından biridir, həm də şəxsi həyatı tez-tez medianın diqqət mərkəzində olur.

Sənətçinin uğursuz evliliyinə isə səbələr bunlardır:

Şöhrət və təzyiq

Lopezin bütün münasibətləri göz önündə olub. Belə bir həyat tərzində münasibətləri qorumaq çətin ola bilər, çünki medianın təzyiqi və daim izlənmək hissi münasibətlərdə gərginlik yaradıb.

Karyera və zaman problemi

Lopez həm müğənni, həm aktrisa, həm də sahibkardır. Səfərlər, layihələr və uzun iş saatları münasibətə vaxt ayırmağı çətinləşdirmiş ola bilər.

Münasibətlərinin sürətlə başlaması

Bəzi evlilikləri və münasibətləri çox sürətlə başlayıb. Bu da öz növbəsində tərəflərin bir-birini tam tanımadan ciddi addımlar atmasına səbəb olub.

Partnyor seçimi

Lopezin bəzi partnyorları ilə münasibətləri emosional və ya mediaya yönəlmiş hesab edilir.  Bəzi keçmiş partnyorları ilə arasında münasibətlərdə sədaqətsizlik və ya fikir ayrılıqları da olub.

Sənətçi 1997–1998-ci illrədə Ocani Noa ilə evli olub. Bu evlilik qısa çəkib.

Daha sonra o 2001–2003-cü illərdə Kris Cuddla evli olub. O rəqqas və xoreoqraf idi.  Lopezin daha da məşhurlaşması onların münasibətlərini pozub.

2004–2014-cü illərdə isə ifaçı Mark Antoni ilə evli olub. Bu onun ən uzunmüddətli evliliyi olub və iki uşaqları dünyaya gəlib. Cütlük bir-biri ilə yola getmədiyi üçün ayrılıb.

Lopez son olaraq aktyor Ben Affleklə evlənib. Cütlük 2022-ci ildə ailə qurub 2025-ci ildə isə ayrılıb. Lopez Bendən əvvəl Aleks Rodriqezlə nişanlı olub. 

Seçilən
47
27
far.az

10Mənbələr