Almaniya II Bundesliqasında növbəti turun qarşılaşmaları keçirilir.
Axar.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" komandası "Kayserslautern"in qonağı olub. Qarşılaşma qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətində meydana çıxan Mahir Emreli oyunun 68-ci dəqiqəsində komandasının 2-ci qoluna imza atıb.
Bu, Mahirin "Nürnberq" formasında 5-ci qolu olub.
Həmin qolunu videosunu təqdim edirik: