AZ

“Real”ın futbolçuları Ançelotti ilə belə vidalaşdılar - FOTO

İspaniya La Liqasının 38-ci turunun “Real Sosyedad”la oyunu (2:0) “kral klubu”nun “sükanı arxasında” Karlo Ançelotti üçün sonuncu olub .

Publika.az xəbər verir ki, “Real Madrid”in futbolçuları Braziliya millisinə təyinat alan məşqçi ilə səmimi vidalaşıb. 65 yaşlı Ançelotti ilk dəfə 2013-cü ildə “Real”ın baş məşqçisi olub və iki mövsümü komandada keçirib.

O, 2021-ci ilin yayında Madridə qayıdıb. Ançelottinin rəhbərliyi altında “Real” Çempionlar Liqası titulları da daxil olmaqla 15 kubok qazanıb.

Ançelotti “Milan”, “Napoli”, “Everton”, “Bavariya”, “Çelsi”, PSJ və “Yuventus”da da çalışıb.

Seçilən
0
17
publika.az

10Mənbələr