AZ

Rusiyanın 13 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə sistemləri sutka ərzində Ukraynaya məxsus 110 PUA-nı zərərsizləşdiriblər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Tula vilayətində 16, Bryansk və Kaluqa vilayətlərində 14, Moskva və Tver vilayətlərində 13, Belqorod və Kursk vilayətlərində 10, Orlov vilayətində 8, Krımda 7, Smolensk vilayətində 2, Lipetsk, Nijeqorod və Novqorod vilayətlərində isə 1 PUA vurulub.

Seçilən
0
16
axar.az

10Mənbələr