AZ

U-21-in ilkin heyəti müəyyənləşib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 26-da başlayacaq təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib.

İdman.biz xəbər verir ki, U-21-in baş məşqçisi Ayxan Abbasov 30 futbolçuya dəvət göndərib.

"Sabah"ın üzvü Elgün Dünyamalıyev mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra millinin düşərgəsinə qoşulacaq.

Komandamızın Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün yekun heyəti mayın 31-də məlum olacaq.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

İdman.biz

Seçilən
0
10
idman.biz

10Mənbələr