AZ

KİV: ABŞ və İran nüvə proqramı üzrə çərçivə sazişi razılaşdırmağa çalışırlar

Vaşinqton və Tehran nüvə sövdələşməsinə gedən yolda aralıq mərhələ olacaq çərçivə sazişini razılaşdırmağa çalışırlar.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən bildirib.

İran hesab edir ki, belə bir saziş “yeni sövdələşməyə doğru bir addım” olacaq və ona mülki nüvə proqramı hüququnun təsdiqlənməsini və nüvə silahı yaratmağa çalışmamaq öhdəliyini daxil etməyi təklif edir. Bundan başqa, razılaşma İranın nüvə obyektlərində ciddi yoxlamaların keçirilməsi tələbini də ehtiva edə bilər. Vaşinqton isə aralıq sazişdə texniki qrupların gələcəkdə üzərində işləyəcəyi konkret hədəfləri sadalamaq istəyir. ABŞ həmçinin çərçivə sazişinin “daha çox təlimat xarakteri daşıyacağına” ümid edir.

Nəşr qeyd edib ki, çərçivə sazişi üzərində işdə əsas mübahisəli məsələ İranın uran zənginləşdirmək hüququ olaraq qalır. ABŞ Tehrandan bu fəaliyyətdən tamamilə imtina etməsini tələb edir, lakin İran hakimiyyəti bu tələbi rədd edir və ölkələrinin nüvə proqramının yalnız sülh xarakteri daşıdığını bildirir.

Seçilən
0
50
report.az

10Mənbələr