"Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən 2 qatarın hərəkətində texniki səbəblərdən qısamüddətli gecikmə baş verib".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
"Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir", - məlumatda qeyd olunub.
18:58
Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt qatarlarının hərəkətində yubanma var.
Oxu.Az-a bu barədə paytaxtdan "Gənclər şəhəri"nə gedən sərnişinlər xəbər veriblər.
Onların sözlərinə görə, hər iki istiqamətdə qatarın olmaması Bakı Dəmiryol Vağzalına çox sayda insanın toplanmasına səbəb olub.
Bakıdan Xırdalan istiqamətində 18:35-də yola düşməli olan qatar platformaya gəlməyib, bütün sərnişinlər 18:45 qatarına minməli olublar.
Digər istiqamətə qatar verilməyib.