Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt qatarlarının hərəkətində yubanma var.
Bizim.Media xəbər verir ki, oxu.az-a bu barədə paytaxtdan "Gənclər şəhəri"nə gedən sərnişinlər xəbər veriblər.
Onların sözlərinə görə, hər iki istiqamətdə qatarın olmaması Bakı Dəmiryol Vağzalına çox sayda insanın toplanmasına səbəb olub.
Bakıdan Xırdalan istiqamətində 18:35-də yola düşməli olan qatar platformaya gəlməyib, bütün sərnişinlər 18:45 qatarına minməli olublar.
Digər istiqamətə qatar verilməyib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta