AZ

49 C.Afrikalı qaçqın ABŞ-yə gətirilib » AzadMedia.az

49

ABŞ-də Tramp administrasiyası tərəfindən “ayrı-seçkilik” qurbanı olduqları səbəbilə qaçqın statusu verilən 49 ağdərili Cənubi Afrikalı Vaşinqtona gətirilib.
Cənubi Afrikanın Yohannesburq şəhərindən yola düşən və içərisində 49 nəfər olan təyyarənin ötən axşam ABŞ-ın paytaxtı Vaşinqtona çatıb. Onlar Vaşinqton yaxınlığındakı Dulles Beynəlxalq Hava Limanında Amerika bayraqları ilə qarşılanıblar.
Tramp administrasiyası iddia edir ki, onların öz ölkələrində ayrı-seçkilik və zorakılığa məruz qaldıqlarını iddia edib.
Prezident Tramp bu addımı “Cənubi Afrikada ağ fermerlərə qarşı soyqırımı baş verir” iddiası ilə izah edib və məsələni yaxın günlərdə Cənubi Afrika rəhbərliyi ilə müzakirə edəcəyini bildirib. Lakin bu iddialar Cənubi Afrika hökuməti tərəfindən qətiyyətlə təkzib olunub. Rəsmi Pretoriya bildirib ki, Afrikanerlər ölkənin ən varlı və imtiyazlı təbəqələrindən biridir və onlara qarşı sistematik zorakılıq yoxdur.

Cənubi Afrika Xarici İşlər Nazirliyinin sözçüsü Krispin Phiri, yerli Afrika kanalı Newzroom-a verdiyi açıqlamada, “Hökumət bu insanların qaçqın olmadığını birmənalı şəkildə bəyan edir. Amma biz onların yolunda dayanmayacağıq” açıqlamasını verib.
Qeyd edək ki, Tramp administrasiyası ilk gündən immiqrasiya ilə bağlı ciddi siyasət yürüdür, qaçqın statusu baxımından Cənubi Afrikadakı əksəriyyəti hollandiyalı mühacirlər olan Afrikanerlərə üstünlük verir. Cənubi Afrika rəsmilərinin sözlərinə görə, Tramp bu addımı ilə “başa düşmədiyi daxili siyasi məsələyə” qarışıb.
Bu hadisə, Tramp administrasiyasının digər bölgələrdən – müharibə və təqibdən qaçan – qaçqınların qəbulunu məhdudlaşdırdığı bir vaxtda baş verməsi ilə diqqət çəkir. Qaçqın hüquqları üzrə mütəxəssislər bu qərarın ikili standartlar doğurduğunu bildirirlər.

Seçilən
0
36
azadmedia.az

10Mənbələr