İspaniyada ümummilli elektrik enerjisinin kəsintisindən cəmi dörd həftə sonra bütün əsas mobil şəbəkələr sıradan çıxıb.
Bu barədə "Downdetector" nəşri məlumat verib.
Məlumata görə, əsasən, "Movistar", "Orange", "Vodafone", "Digimobil" və "O2" şəbəkələri zərər görüb.
Bildirilib ki, şəbəkəyə qoşulma ilə bağlı problemlər mayın 20-də səhər saatlarından müşahidə olunmağa başlayıb.
Həmçinin stasionar telefonlarda problemlər yaranıb və "112" təcili yardım nömrəsi ölkənin bir sıra bölgələrində fəaliyyət göstərməyib.
Qeyd edildiyinə görə, Fransa ilə sərhədə yaxın Araqonada təcili telefon xətləri bərpa edilib, lakin başqa bölgələrdə problemlər qalmaqdadır.
İspaniya KİV-in yazdığına görə, aparıcı telekommunikasiya şirkəti olan "Telefónica" ilə müqavilə bağlayan şəbəkələrin təsirlənib.
Şirkət daxilindəki mənbələr bildiriblər ki, ölkə ərazisində şəbəkənin yenilənməsi işləri aparılıb və bu da müəyyən xidmətlərə təsir göstərib.
"Biz şəbəkədə bəzi yenilənmələr etdik ki, bu da bəzi şirkətlərin müəyyən xidmətlərini təsir altına aldı. Problemin həlli üzərində çalışırıq", - deyə şirkət nümayəndəsi qeyd edib. /Oxu.az/