Türkiyədə xidmət göstərən Turkcell, Vodafone və Türk Telekomdan sonra yeni mobil operatorlarından sonra yeni mobil operatoru yaradılır.
Moderator.az xəbər verir ki, 92,2 milyon mobil telefon abunəçisi olan Türkiyədə bütün bazar payına sahib olan üç mobil operatora yeni mobil operator əlavə edilir.
Jurnalist Olcay Aydilekin xəbərinə görə; TÜRKSAT-ın yenidən qurulması ilə bağlı hazırlıqlar başlayıb. Mobil operator kimi də xidmət göstərəcək TÜRKSAT, dəyişikliklə kabel və yayım xidmətlərini bir-birindən ayıracaq. Beləliklə, şirkət rabitə sektorunun güclü aktorları sırasında olacaq.
Türkiyənin dördüncü operatorunu qurmağa hazırlaşan TÜRKSAT, prezident Ərdoğanın idarə etdiyi Türkiyə Sərvət Fonduna məxsus şirkətlər arasındadır. Yeni dövrdə sözügedən şirkətin nəzarət səhmləri Turkcell və Türk Telekom kimi Türkiyə Sərvət Fondunun əlində olacaq.