Avtomat hidroloji stansiyaların mayın 17-si saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Bu barədə İnterpress.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 12 sm, Bərgüşadçayda 4 sm, Araz çayının yuxarı axınında isə 51 sm artım qeydə alınıb.
Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm artıb, su sərfi 907 m3/san olmaqla normanın 121%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 18 sm artıb, su sərfi 369 m3/san olmaqla normanın 182%-ni təşkil edir.