AZ

Medinski: Səhər saat 10-dan Ukrayna nümayəndə heyətini gözləyəcəyik

BAKI, 16 may. TELEQRAF

Rusiya nümayəndə heyəti mayın 16-da səhər saat 10-dan Ukrayna tərəfini gözləyəcək.

Teleqraf xəbər verir ki, bu barədə İstanbulda Ukrayna ilə danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentinin köməkçisi Vladimir Medinski jurnalistlərə açıqlamasında bildirib.

V.Medinski deyib: "Səhər saat 10-dan etibarən görüşə gəlməli olan Ukrayna tərəfini gözləyəcəyik. Biz danışıqlara hazırıq".

Rusiya liderinin köməkçisi ilkin şərt olmadan Ukrayna ilə birbaşa ikitərəfli danışıqlar aparmaq üçün İstanbula gəldiklərini vurğulayıb.

Seçilən
0
24
teleqraf.com

10Mənbələr