AZ

Slutski: Danışıqların növbəti raundu atəşkəsə həsr olunacaq

Rusiya - Ukrayna danışıqlarının növbəti raundu atəşkəsin hər iki tərəf üçün mexanizminin anlaşılmasına həsr olunacaq.

"Ölkə.az" xəbər verir ki, bu ehtimalı Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski səsləndirib.

"Gələcək raund ehtimal edirəm ki, məhz hər iki tərəfdən atəşkəs mexanizminin başa düşülməsinə həsr olunacaq. Düşünürəm ki, bu ehtimal kifayət qədər ciddidir", -o bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin İstanbul şəhərində Rusiya-Ukrayna danışıqları keçirilib. Görüşün yekununa əsasən Moskva və Kiyev əsirlərin "1000-ə 1000" formatında dəyişdirilməsi, mümkün atəşkəsin gələcəyi ilə bağlı baxışlarını detallı və yazılı formada təqdim etmə, eləcə də danışıqlar prosesinin davam olunması barədə razılığa gəliblər. Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, rəsmi Moskva görüşün nəticələrindən razıdır. O, həmçinin qeyd edib ki, Ukrayna tərəfi dövlət başçılarının birbaşa danışıqlarını istəyib və Rusiya müraciəti nəzərə alıb.

Seçilən
0
3
olke.az

10Mənbələr