AZ

Qəzza fəlakəti davam edir: təkcə bu gün azı 103 nəfər ölüb

Mayın 15-də İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar zamanı ən azı 103 fələstinli həlak olub.
“Əl-Cəzirə” qurbanların və yaralıların axını ilə bağlı Nasser xəstəxanasının əməkdaşlarının mesajını yayımlayır.

Onların sözlərinə görə, İsrailin anklavın cənubundakı Xan Yunis şəhərinə silsilə hücumları nəticəsində azı 59 nəfər həlak olub. Sektorun şimalında Cəbəliyyə və Qəzza şəhərləri vurulub.
Xatırladaq ki, İsrail ordusu martın 18-də Qəzza zolağına hücumları bərpa edib.

Baş nazir Binyamin Netanyahunun kabineti bunu HƏMAS hərəkatının ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda İsrailin irəli sürdüyü təklifləri rədd etməsi ilə izah edib. Anklavda hazırkı əməliyyatın bəyan edilmiş məqsədi bütün girovları azad etməkdir.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
50
editor.az

10Mənbələr