Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası yekun vurulub.
Sportinfo.az xəbər verir ki, "Neftçi" və "Sabah" arasında 6-cı oyun baş tutub.
Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada çempionun adına aydınlıq gəlib "Sabah" seriyada 4-cü qələbəsini qazanaraq, ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxıb.
"Neftçi" isə seriyada hesaba tarazlıq gətirmək və 7-ci oyunadək uzatmaq arzusu reallaşdıra bilməyib.
Əsası 2022-ci ildə qoyulan Sabah ölkəmizi FIBA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.
"Neftçi" – "Sabah" - 78:83 (17:22, 16:13, 29:30, 16:18)
Seriyada hesab – 2:3
Bakı İdman Sarayı