AZ

Tramp Əl-Şaraa ilə görüşü barədə: “Yaxşı və güclü insandır”

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın iştirakı ilə Ər-Riyadda Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşündən bir neçə saat sonra bəyan edib ki, Suriyaya qarşı sanksiyaların ləğvi ölkəyə yaşamaq və sabitlik üçün mühüm imkanlar verəcək.

Bizim.Media “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, Tramp bu fikirləri Doha şəhərinə uçan prezident təyyarəsində jurnalistlərə açıqlamasında səsləndirib. O, əlavə edib ki, Suriyaya tətbiq olunan sanksiyaların ləğvi Yaxın Şərqdə sabitlik üçün əhəmiyyətlidir.

Bu gün Tramp Ər-Riyadda keçirilən ABŞ və Fars Körfəzi ölkələri sammitində bildirib:
 

“Səudiyyə Ərəbistanının vəliəhdi mənə dedi ki, Suriyaya qarşı sanksiyaların ləğvi onlara yaşamaq üçün şans verəcək.”


Əl-Şaraa ilə görüşə gəlincə, Tramp bu görüşü çox yaxşı adlandıraraq, Suriya prezidentini “güclü və yaxşı insan” kimi xarakterizə edib.









Bizim.Media

Seçilən
0
11
bizim.media

10Mənbələr