ABŞ Prezidenti Donald Trampla Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa (Culani) arasında görüş keçirilib.
“Ölkə.Az” xəbər verir ki, görüş hər iki ölkə liderinin səfərdə olduğu Ər-Riyadda baş tutub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşə onlayn qatılıb.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Suriyaya qarşı bütün sanksiyaları ləğv edəcəklər.
O qeyd edib ki, ABŞ-Türkiyə-Suriya-Səudiyyə Ərəbistanı arasında keçirilən dördtərəfli görüşdə Suriya ilə münasibətlərin normallaşdırılması müzakirə edilib.
“Mən Suriya Prezidenti Əhməd Əl Şaraa ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə görüşdüm. Görüşdə Suriya ilə münasibətlərin normallaşdırılmasını müzakirə etdik”.
Tramp deyib ki, ABŞ yeni bir başlanğıc üçün Suriyaya qarşı sanksiyaları ləğv edir.