AZ

Karlo Ançelotti: “Madrid məni həmişə sevəcək, amma mən…”

“Real”ın baş məşqçisi, 65 yaşlı italyan mütəxəssis Karlo Ançelotti “Real”ın sükanı arxasından gedişini şərh edib.

Arena.az “Madrid Universal” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis Madrid klubuna təşəkkürünü bildirib, bəzi gözlənilməz məqamlara aydınlıq gətirib.

Xatırladaq ki, Ançelotti Braziliya millisinin baş məşqçisi olmağa razılıq verib və mayın 26-dan “selesao”nun sükanı arxasına keçəcək.

“Mən heç vaxt hiss etməmişəm ki, Madrid məni istəmir. Madrid məni sevir. Hətta baxmayaraq ki, ayın 25-də mən Braziliyaya yollanacağam, Madird məni həmişə sevəcək. Onlar mənə müvafiq duyğunu həmişə bəsləyiblər. Mən ömürüm uzunu “Real”ı çalışdıra bilmərəm. Bu, başa çatacaq və buna çox səbəb var.

Güman ki, kluba nəyisə dəyişmək gərəkdir. Mən milçəkdən fil düzəltmirəm. Bu kluba minlərlə dəfə minnətdaram. Biz davam da edəcəyik. Mən bütün ömrüm boyu “madridçi” olacağam. Amma bu, tezliklə başa çatacaq bir dövr olacaq.

Mənim gedişim – bu, şəxsi məsələdir, mən bunu klubla da müzakirə etmişəm. Futbol həyat kimidir – bu, macəradır, hansı ki başlayır və başa çatır. Mən hər şeyin bir gün başa çatacağını başımda həmişə saxlamışam. Çox gözəl bir dövr başa çatır. Mən gözəl bir vaxt keçirmişəm. Amma həyatda həmişə olduğu kimi, belə bir məqam var. Həyat başa çatır. Təsəvvür edin ki, futbol komandasındakı kəsim də başa çata bilər. Mən vaxtımı gözəl keçirmişəm və onu yaxşı başa vurmaq istəyirəm.

Ayın 26-da mən başqa bir çağırış haqda danışacağam. Mənim klubla heç bir fitnə-fəsadım olmayıb və olmayacaq. Bu, mənim ürəyimdə daşıdığım bir klubdur, mən onu qəlbimdə hətta bu macəra başa çatdıqdan sonra da qoruyub-saxlayacağam. Ərzində çoxlu qənimət qazandığımız bir neçə illik dövr başa çatır. Kimsə mənə 4 il ərzində 11 qənimət qazanacağımı desəydi, mən bunu öz qanımla imzalayardım. Bu mövsüm isə bir neçə səbəbdən uğursuz oldu. Amma bu, unudulmaz dövr idi”, deyə Ançelotti vurğulayıb.

Karlo Ançelottinin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıtmış italyan mütəxəssis indiyədək “qaymaqlılar”ı çalışdırır. Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir, məlum olduğu kimi müqaviləyə erkən surətdə xitam veriləcək.

Çalışdırdığı müddətdə Karlo Ançelotti “Real”ı 349 oyuna çıxarıb, 249 qələbə, 48 heç-heçə, 52 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 837:346 nisbətindədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014/2015, 2022/2023, 2024/2025) və FIFA Klub Dünya Kuboku (2014/2015, 2022/2023) və FIFA Qitələrarası Kubok (2023/2024) daxildir.

65 yaşlı Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.

Ançelottinin “Real”ı İspaniya La Liqasının 35 oyunundan 75 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Seçilən
0
17
arena.az

10Mənbələr