AZ

Neftçalada 18 min manatlıq kommunikasiya naqilləri oğurlandı


Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində rabitə dirəklərindən kommunikasiya naqilləri oğurlayan Yavər Əskərov və Rahim Qasımov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, adıçəkilən şəxslərin rabitə dirəklərindən 18000 manat dəyərində 4995 metr kommunikasiya naqillərini kəsərək əlvan metalların qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, Y.Əskərov və R.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

ZÜMRÜD

Seçilən
0
18
baki-xeber.com

10Mənbələr