AZ

Neftçalada 18 min manatlıq naqil oğurlandı - Foto

Neftçalada kommunikasiya naqilləri oğurlayan iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində rabitə dirəklərindən kommunikasiya naqilləri oğurlayan Yavər Əskərov və Rahim Qasımov saxlanılıblar.

Adıçəkilən şəxslərin rabitə dirəklərindən 18 000 manat dəyərində 4 995 metr kommunikasiya naqillərini kəsərək əlvan metalların qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, Y.Əskərov və R.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Seçilən
0
18
axar.az

10Mənbələr