AZ

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Avropaya təxminən 4 milyard kubmetr təbii qaz ixrac olunub.

BAKU.WS xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

Nazirin sözlərinə görə, sözügedən 4 ay ərzində Türkiyəyə 3,1 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz nəql olunub. Bu müddət ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 1,9 milyard kubmetr qaz çatdırılıb.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda TAP-ın illik ötürücülük qabiliyyəti 12 milyard kubmetr təşkil edir. Bu göstəricinin 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması planlaşdırılır.

TAP boru kəmərinin ümumi uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya, 105 kilometri Adriatik dənizinin dibi, 8 kilometri isə İtaliya ərazisindən keçir.

Bolqarıstana qaz nəqli TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə həyata keçirilir. "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz-2" yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan IGB boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Seçilən
0
10
far.az

10Mənbələr