Millətlər Liqasının C4 qrupunda Azərbaycan və Litva qadın milliləri arasında növbəti turun oyununun başlama saatı və yeri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, komandalar arasında görüş mayın 30-da Bakıdakı “Dalğa Arena”da keçiriləcək.
Oyuna saat 18:00-da start veriləcək.
Qrupun qalibi B divizionuna yüksələcək.
Qrupdakı hazırkı vəziyyət: Monteneqro, Azərbaycan – hərəyə 5 xal (3 oyun), Litva – 0 (2).