Bakı. Trend:
Cari ilin yanvar-aprel ayları ərzində Naxçıvan MuxtarRespublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininxətti ilə büdcəyə 77,3 milyon manatdan çox vergi daxil olub.
Bu barədə Trend-ə Dövlət Xidmətindən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,8% və ya14,4 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 52,3 milyon manat təşkiledib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergidaxilolmaları 11,8 milyon manat və ya 29,1% çox olub.
Ödənilən vergilərin 67,7 faizi qeyri-dövlət sektorunun, 32,3faizi isə dövlət sektorunun payına düşüb.