AZ

“Real” Xabi Alonso ilə 3 illik müqavilə imzalayıb

“Bayer”in baş məşqçisi Xabi Alonsonun karyerasına “Real”da davam etdirəcəyi dəqiqləşib.

İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssis Madrid klubu ilə anlaşıb.

Tərəflər artıq 3 illik müqavilə imzalayıb. Alonso ilə “Real” arasında anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Baş məşqçi postunda Karlo Ançelottini əvəzləyəcək ispaniyalının yeni klubundakı debütünün Klublaraarası dünya çempionatında gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, Xabi Alonso 2009-14-cü illərdə futbolçu kimi “Real”ın formasını geyinib.

İdman.biz

Seçilən
0
1
idman.biz

2Mənbələr