AZ

“Real” Xabi Alonso ilə 3 illik müqavilə İMZALADI

“Bayer”in baş məşqçisi Xabi Alonsonun karyerasına “Real”da davam etdirəcəyi dəqiqləşib.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano öz sosial şəbəkə hesabında paylaşım edib. 
 

O, Bildirib ki, ispaniyalı mütəxəssis Madrid klubu ilə anlaşıb. Tərəflər artıq 3 illik müqavilə imzalayıb. Alonso ilə “Real” arasında anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub.


Baş məşqçi postunda Karlo Ançelottini əvəzləyəcək ispaniyalının yeni klubundakı debütünün Klublaraarası dünya çempionatında gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, Xabi Alonso 2009-14-cü illərdə futbolçu kimi “Real”ın formasını geyinib. 

Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr