Markus Reşford karyerasını İspaniyada davam etdirmək istəyir.
"Football-plus.az" xəbər verir ki, “Aston Villa”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in futbolçusu xidmətini “Barselona”ya təklif edib.
“Mundo Deportivo”nun məlumatına görə, hücumçunun agenti Pini Zahavi həmçinin Kataloniya klubunun baş məşqçisi Hans-Diter Fliklə əməkdaşlıq edir. Bundan əlavə, Zahavinin klubun prezidenti Xuan Laporta ilə də yaxşı münasibətləri var. Bu səbəbdən ingiltərəli futbolçu “Barselona”ya keçmək üçün agenti ilə çalışmağa başlayıb.
Tərəflər arasında ilkin danışıqlar artıq başlayıb. Reşfordun İspaniya klubuna icarə əsasında keçmək ehtimalı var. O, maaşının azalmasına da hazırdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta