AZ

Romada Korsika üçün suverenlik və milli kimlik müzakirə olunacaq

BAKI, 12 may. TELEQRAF

Mayın 13-də İtaliyanın paytaxtı Roma şəhərində Bakı Təşəbbüs Qrupu və Fransa müstəmləkəçiliyindən əziyyət çəkən və Korsikanın müstəqilliyi uğurunda mübarizə aparan “Nazione” Hərəkatının birgə təşkilatçılığı ilə “Milli kimlik, Müqavimət və Suverenlik: Korsika üçün Perspektivlər” adlı tematik konfrans keçiriləcək.

Teleqraf xəbər verir ki, konfransda “Nazione” hərəkatının rəhbər heyəti və üzvləri, həmçinin İtaliyada fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri, dekolonizasiya hüququ üzrə ekspertlər, eləcə də Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü iştirak edəcək.

Konfrans çərçivəsində Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas problemlər, habelə siyasi, hüquqi, iqtisadi, sosial, mədəni və digər məsələlər müzakirə ediləcək.

Bu xüsusda, tədbirdə milli kimliyin və Korsika dilinin rəsmi statusunun tanınması, mədəni irsin qorunması, Korsika xalqının öz müqəddəratını təyin etmək hüququnun təmin edilməsi, BMT və digər beynəlxalq təşkilatların müvafiq mexanizmlərini rəhbər tutaraq, müstəqillik perspektivləri təhlil olunacaq.

Tədbirin yekununda mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Seçilən
0
11
teleqraf.com

10Mənbələr