Bakı.Trend:
Sabah İtaliyanın paytaxtı Roma şəhərində Bakı Təşəbbüs Qrupu vəFransa müstəmləkəçiliyindən əziyyət çəkən və Korsikanınmüstəqilliyi uğurunda mübarizə aparan “Nazione” Hərəkatının birgətəşkilatçılığı ilə “Milli kimlik, Müqavimət və Suverenlik: Korsikaüçün Perspektivlər” adlı tematik konfrans keçiriləcək.
Trend xəbər verir ki,konfransda “Nazione” hərəkatının rəhbər heyəti və üzvləri, həmçininİtaliyada fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri,dekolonizasiya hüququ üzrə ekspertlər, eləcə də AzərbaycanRespublikasının Milli Məclisində fəaliyyət göstərən Korsika XalqınaDəstək Qrupunun üzvü iştirak edəcək.
Konfrans çərçivəsində Fransa müstəmləkə siyasətindən əziyyət çəkənKorsika xalqının qarşılaşdığı əsas problemlər, habelə siyasi,hüquqi, iqtisadi, sosial, mədəni və digər məsələlər müzakirəediləcək.
Bu xüsusda, tədbirdə milli kimliyin və Korsika dilinin rəsmistatusunun tanınması, mədəni irsin qorunması, Korsika xalqının özmüqəddəratını təyin etmək hüququnun təmin edilməsi, BMT və digərbeynəlxalq təşkilatların müvafiq mexanizmlərini rəhbər tutaraq,müstəqillik perspektivləri təhlil olunacaq.
Tədbirin yekununda mətbuat konfransının keçirilməsi nəzərdətutulur.