AZ

Türkiyə HDQ ilk dəfə ATMACA raketindən istifadə edib – VİDEO

Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) DENİZKURDU-II 2025 təlimində ATMACA raketi ilə atış yerinə yetirib.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, ATMACA raketi Türkiyə HDQ-nin inventarına daxil edildikdən sonra ilk dəfə DENİZKURDU-II 2025 təlimində istifadə olunub.

Qeyd edilib ki, TCG KINALIADA korvetindən atılan ATMACA hədəfi dəqiqliklə vurub.

“Roketsan”ın milli olaraq hazırladığı ATMACA, gəmi əleyhinə raketlərin yeni nəsli sayılır. “Səth-səth” tipli bu raket, aşağı radar izinə, yüksək dəqiqliyə, hədəfləri yeniləyə bilmə, yenidən hücum və tapşırığın ləğvi, habelə hər cür hava şəraitində missiyanın icrasına, hərəkətli və sabit təhlükələri zərərsizləşdirmək imkanına sahibdir.

Səsdən sürətli ATMACA raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini ASELSAN şirkəti hazırlayıb. Raketin uzunluğu 4800-5200 mm, atış uzaqlığı 200+ km, çəkisi 800 kq, döyüş başlığının çəkisi 220 kiloqramdır.

ATMACA-nın Türkiyə HDQ-nin invertarındakı 140 km atış mənzilinə sahib “Harpoon” raketlərini əvəz etməsi planlaşıdırılıb.

Seçilən
0
poliqon.az

1Mənbələr