Meksikada hava şarının yanması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Sakatekas ştatının səlahiyyətliləri bazar günü səhər Enrike Estrada bələdiyyəsində ictimai tədbir zamanı hava şarının yanması və qəzaya uğraması ilə bağlı cinayət işi açıb. Hadisə Birinci İsti Hava Şarı Festivalı zamanı baş verib.
Zakatekas əyalət prokurorluğu hadisədə şübhəli bilinən iki şəxsi müəyyən edib. Lakin şübhəli hadisə yerindən qaçıb. Daha sonra əyalət polisi onların yerini müəyyən edərək ələ keçirib.
Hadisə qəsdən adam öldürmə, hücum və təhlükə törətmə maddələri ilə araşdırılır. Sosial mediada yayımlanan videoda şarın uçuş zamanı alovlandığı görünür. Bir adamın yüzlərlə metr hündürlükdə şardan sallaşaraq qaldığı görünür.