AZ

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksindən unikal görüntülər

10 may tarixində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub.

Viral.az-ın məlumatına görə, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

1746864189 7f4e2efcc8a720ea2447b5c0116a65d1

Son Yazılar:

1746864190 d0a6986b72c52d4a885456406523e0a5

1746864191 cac84a31c78078a003c9420f2f4af995

1746864192 bed35c506fa50bf866173562bc888860

1746864196 3f63665e809b282c047ab122f315cf18

1746864198 802125893fb8162328a6e3f6584ce96f

1746864199 6601e76907478785b886d2b41e5aea51

1746864201 6a49a1ed1029c4c517d3fbf3e1f1a6b9

Sərnişinlərin həm qatar perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunub.

Kompleksin ərazisində müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması da tikilib. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

1746864193 105db28850f3c7b02ccfbebb830aca79 0

1746864194 4aab35a40f4bec12bab13175b2aa5dba 0

1746864195 3419eab65ceab13a75eb5230050b370d 0

Açılış tədbiri çərçivəsində Bərdə–Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı yola salınıb.

Xatırladaq ki, strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Ağdam rayonunun sosial-iqtisadi dirçəlişinə, Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə, bütövlükdə Böyük Qayıdışa mühüm töhfə verəcək.

Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Bərdə–Ağdam və Horadiz–Ağbənd dəmiryol layihələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə müsbət iqtisadi təsirləri olacaq. Yeni dəmiryol xətləri həm sərnişinlərin, həm də sənaye və kənd təsərrüfatı məhsullarının daha sürətli və sərfəli şəkildə daşınmasına imkan verəcək, bölgənin logistik potensialını əhəmiyyətli dərəcədə artıracaq.

Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi bölgəni yük axınlarının toplanması, çeşidlənməsi və paylanması üçün əlverişli məkana çevirir. Ağdam Dəmir Yolu və Vağzal Kompleksi kimi infrastruktur obyekti, logistik mərkəzlər həm yerli istehsalın genişlənməsinə, həm də beynəlxalq ticarətin inkişafına təkan verəcək. Bu kompleks Qarabağ regionunun mühüm nəqliyyat mübadilə mərkəzinə çevriləcək.

1746864202 68bca85493e47eb7753105a25019608c

1746864205 83ae2fac491778fa2ad1fe548bfc2f97

1746865890 9c6dedc44e42cd32233df7bb0fedee85

1746865892 b29bb5e3a300f802a294a3d420bfc569

1746865893 dd893ea9ad49c16d49cbe6dfd906ef51

1746865894 31b5e949282ddde2f998588fed743c03

1746865895 9aea9dc2e1b6ef5502fe5a7511359273

1746865896 4f88c15959200c15ae8521ad05d3e60b

1746865897 57c380875095f898f527e52f4b8c1388

1746865898 48ac77a1babbbe338ac59657b27babc8

Seçilən
0
19
viral.az

10Mənbələr