AZ

Moskvanın Ankara güvəni: Putin danışıqları Qərbsiz istəyir - Hazırlıq başladı

Rusiya tərəfi Qərbin vasitəçiliyi olmadan Ukrayna ilə sülh danışıqları aparmaq istəyir.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu türkiyəli analitik Umur Tuqay Yücel deyib.

O deyib ki, Türkiyə prosesi təmin etmək üçün lazım olan hər şeyi edəcək, çünki ölkədə artıq bununla bağlı lazımi təcrübə də var.

"Rusiya prezidenti Vladimir Putinin ilkin şərt olmadan danışıqlar masası arxasına əyləşməyə çağırışı sülhə ümidlərini bir daha artırıb. Aydındır ki, Putin və Rusiya atəşkəsdən çox, müharibəyə son qoymaq üçün sülh sazişi axtarırlar. Rusiya tərəfinin bunu Qərb ölkələri vasitəsilə deyil, birbaşa ukraynalı həmkarları ilə etmək istəməsi çox vacibdir", - Yücel vurğulayıb.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinin Rusiya və Ukrayna arasında birbaşa danışıqların İstanbulda aparılması təklifinə müsbət cavab verib. Təhlilçinin sözlərinə görə, artıq hazırlıq prosesi başlayıb.

Seçilən
0
publika.az

1Mənbələr