AZ

Azərbaycanlı parapauerliftinqçi Dünya Kubokunda gümüş medal qazandı

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda çıxış edən 21 yaşlı parapauerliftinqçimiz Talib Zeynalov (+107 kq) uğurlu nəticə göstərib.

Operativ Media xəbər verir ki, o, ümumi qaldırmada üç hərəkətin cəmində gümüş medal qazanıb.

Azərbaycan İdmançısı ən yaxşı qaldırmada da fərqlənib. Talib Zeynalov şəxsi rekordunu 2 kiloqram yeniləyərək 157 kiloqram nəticə göstərib.

Seçilən
0
operativmedia.az

1Mənbələr