PKK terror təşkilatı özünü buraxdığını açıqlayıb.
Newscenter.az-ın məlumatına görə, "Report" "Haber Global"a istinadən xəbər verir ki, 1984-cü ildə yaradılan qruplaşma özünü buraxdığını elan edib.
"PKK Abdullah Öcalanın fevralın 27-də verdiyi bəyanatla əlaqədar qurultay təyin edib. Qruplaşmanın XII qurultayında PKK adı altında aparılan işlərə son qoyulduğu ilə bağlı qərar qəbul edilib", - yayılan məlumatda qeyd olunub.