ABŞ-ın Demokratik nümayəndəsi Ritçi Torres Donald Trampın Qətər kral ailəsindən 400 milyon dollarlıq “Boeing 747-8” təyyarəsini qəbul etmək planlarının araşdırılmasına çalışır.
Moderator.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məqalədə qeyd olunur ki, təyyarə “Air Force One” kimi istifadə oluna bilər və Tramp Ağ Evin rəhbəri postunu tərk etdikdən sonra onun şəxsi istifadəsinə veriləcək. Ritçi Torres məsələni araşdırmaq üçün ABŞ Hökumətinin Hesabatlılıq Ofisinə sorğu göndərib.
Konqresmenin sözlərinə görə, “uçan saray” Amerika prezidentinin indiyə qədər xarici hökumətdən aldığı ən bahalı hədiyyə olacaq.
Əvvəllər məlum olub ki, Vaşinqton bahalı təyyarəni bu həftə alacaq. Bildirilir ki, təyyarə şəxsən Donald Tramp üçün nəzərdə tutulub. Daha sonra onun səlahiyyət müddəti başa çatdıqdan sonra təyyarə Amerika liderinin prezidentlik kitabxanasının kolleksiyasına təhvil veriləcək.