AZ

Kredit kartı olanların NƏZƏRİNƏ – MÜTLƏQ OXUYUN!

Bəzi vətəndaşlar limiti olan kredit kartlarını bankın təqdim etdiyi əlavə pul və ya hədiyyə kimi qəbul edir, ondan şəxsi pulları kimi yaralanırlar. Nəticədə bəzən illik faizlər, gecikmə cərimələri və artıq ödənişlərlə qarşılaşırlar. Hətta gözlədiklərindən daha böyük borca düşürlər.

Kredit kartlarında tətbiq olunan illik faizlər və cərimələr necə hesablanır? Banklar kredit kartı verərkən müştəriyə bu riskləri izah etməlidirmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, kredit kartından əlavə xərcləmələrə görə faiz və cərimə ödənişi tuturlar:

“Lakin bəzi banklar müəyyən qədər güzəştə də gedirlər. Məsələn, banklardan asılı olaraq, bir müddət cərimə və ya faiz ödəməyə bilərsiniz. Ümumiyyətlə, kredit kartı alarkən müqavilələrində bunları qeyd edirlər. Aylıq faiz dərəcələri dörd faizə çatmır, bir az aşağı olması mümkündür. Adətən gündəlik hesablanır. Belə olduğu halda, 0-0,5 faizə çatır. Həmçinin, gecikmələrə görə cərimələr müqaviləli şərtlərlə, sabit məbləğ formasında olur. Adətən bu, faiz dərəcəsindən yüksək ola bilir. Əlavə olaraq, bankların təqdim etdiyi kredit məhsullarında güzəştli dövr, xəbərdarlıqlar kimi elementlər öz əksini tapır. Kredit kartlarından istifadə edən adam müəyyən qədər məlumatlı olmalıdır. Banklar şərtləri müqavilələrində qeyd edirlər deyə, bu barədə əlavə məlumat vermək kimi öhdəlikləri yoxdur. Digər tərəfdən, onlar bunda maraqlı deyillər və anlaşılandır. Bilgisi olmayan müştəri isə cahil hesab olunur. Yəni o, faiz və cərimələrlə bağlı şifahi məlumat alarsa, düşünə bilər ki, digər banklarda vəziyyət belə deyil, seçimi dəyişmək lazımdır. Bankların da onları maarifləndirmək kimi vəzifəsi yoxdur. Lazım olan bilgiləri çatdırırlar. Bəzi adamlar kredit limitindən yaxşı yararlanırlar. Məsələn, kiçik məbləğdə kredit götürmək üçün banka, lombarda müraciət etmək istəmirlər, güzəşt müddəti keçmədən pulu qaytarırlar”.

İqtisadçı bildirib ki, kredit kartları ilə bağlı vətəndaşların əsas səhvlərindən biri təhlükəsizlik tədbirlərinə əməl etməməkdir:

“Burada bankların da günahı olur. Məsələn, “Kapital Bank”ın mövcud və ya keçmiş işçi heyətindən kimsə belə məlumatları sızdırıb, müştərilərə kiberhücumlar olub və sair. Bu baxımdan, kart məlumatlarını sosial platformalarda paylaşmaq, fırıldaqçılardan gələn zənglərə cavab vermək risklidir. Kart limitindən tam istifadə etmək, güzəşt müddətini keçmək, ödənişləri gecikdirmək və nəticədə cərimələrə məruz qalmaq – bütün bunlar vətəndaşların yol verdiyi səhvlər sırasında yer alır.

Eyni zamanda, bəzi vətəndaşlar müqavilənin şərtlərinə yaxşı bələd olmurlar və ya digərlərindən soruşmurlar. Bəzən nağd pul çıxararkən hücumlar olur. Ona görə də vətəndaşlar bu əməliyyat zamanı diqqətli olmalıdırlar.
Paralel olaraq, bir sıra şəxslər nağd pul çıxararkən limiti keçirlər, yaxud başqa bankın ATM-dən istifadə edirlər. Bu zaman komissiyalar tətbiq edilir”.

Seçilən
0
4
konkret.az

10Mənbələr