ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığı keçiri.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
O, Telefon danışığı zamanı atəşkəs və münaqişəyə son qoyulmasını ABŞ administrasiyasının Ukraynada nizamlanma üçün əsas prioriteti adlandırıb.
"Dövlət katibi Rusiya və Ukrayna arasındakı müharibə ilə bağlı ABŞ-ın mövqeyini bir daha təkrarladı: bizim əsas prioritetimiz döyüşlərə son qoymaq və dərhal atəşkəsə nail olmaqdır", - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.