Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəza H.Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, motosikletlə yük maşınının toqquşması nəticəsində Şirvan sakini, 1975-ci il təvəllüdlü Kərimov Azər Əlifağa oğlu hadisə yerində həyatını itirib.
Şirvan sakini, 1993-cü il təvəllüdlü Qambayev Zahid Oruc oğlu isə ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (APA)
Bizim.Media