Xəbər verdiyimiz kimi, Omanda İran-ABŞ nüvə danışıqlarının dördüncü raundu başa çatıb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai X-də yazıb.
O qeyd edib ki, İran və ABŞ arasında nüvə proqramı üzrə Omanda keçirilən dolayı danışıqlar danışıqlar çətin, lakin tərəflərin mövqelərini anlamaq üçün faydalı idi:
“İran və ABŞ arasında birbaşa olmayan danışıqların dördüncü raundu tamamlandı. Bir-birinin mövqelərini daha yaxşı başa düşmək və fikir ayrılıqlarını həll etmək üçün çətin, lakin faydalı danışıqlar oldu”.
Qeyd edək ki, İranın İSNA agentliyinin analitikləri hesab edir ki, amerikalıların İranın nüvə proqramını dayandırması və uranı ölkə daxilində zənginləşdirməyə haqqının olmaması ilə bağlı həddindən artıq tələbləri səbəbindən danışıqların bu mərhələsi əvvəlki üç raunddan daha çətin olub./globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta