AZ

“Şərtsiz masaya oturmağa hazıram” – Putin sülh çağırışı etdi

“Şərtsiz

Kreml gözlənilməz gediş etdi: Rusiya Prezidenti Vladimir Putin, Ukrayna ilə birbaşa danışıqların mayın 15-də Türkiyədə başlamasını təklif edib. O, bu danışıqların münaqişənin dərin, köklü səbəblərini çözə biləcəyinə və uzunmüddətli sülhün əsasını qoya biləcəyinə inanır.Bu çağırış, Avropa liderlərinin Rusiyanı 30 günlük atəşkəsə razı salmağa çalışdığı həssas bir dövrdə gəldi. Kreml sözçüsü Dmitri Peskov isə təzyiq dili ilə danışanlara açıq mesaj verdi: "Baxarıq, amma diktə olunan şərtlərlə yox!"İddialara görə, ABŞ-ın sabiq prezidenti Donald Trampla da bu mövzuda telefon danışığı olub və Vaşinqton Moskvaya sülhə yanaşmazsa, sanksiyaların sərtləşdiriləcəyini çatdırıb.Bu arada, Britaniyanın baş naziri Ser Keir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski də birgə çağırış edərək Rusiyanı müzakirələrə qoşulmağa səsləyiblər. Putin isə cavabında bildirib ki, Rusiya şərtsiz danışıqlara hazırdır, amma əvvəlki təkliflərə Ukraynanın susqun qalması hər şeyi çətinləşdirib.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Azərbaycan Hindistan və Pakistan arasında elan edilmiş atəşkəsi alqışladı // Statement on the Ceasefire reached between India and Pakistan

“Buzlar əriyir?” – ABŞ və Çin danışıqlara start verdi

Ulu Öndərin Strateji Yolu - Nicatın Açarı

Seçilən
0
ulusum.az

1Mənbələr