İspaniya La Liqasında 35-ci tur davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün turun mərkəzi matçı oynanılacaq.
Maraqla gözlənilən görüşdə "Barselona" "Real"ı qəbul edəcək. "El-Klassiko" Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Hazırda komandalar turnir cədvəlində yanaşı pillələrdə qərarlaşıblar. "Barselona" 79 xalla lider, "Real" isə 75 xalla 2-cidir.
Kataloniyalılar qalib gəlməklə çempionluq yolunda vacib addım ata bilər. "Real" qələbə qazanacağı təqdirdə isə sona 3 tur qalmış çempionluq üçün intriqa davam edəcək.