AZ

Şuşadakı otellərdə gecələmələrin sayı 5 dəfəyə yaxın artıb


Bu ilin ilk rübü ərzində Şuşa şəhərində yerləşən otellərdə insanlar 8 min 285 gecə keçiriblər.
Yeniavaz.com
açıqlananı rəsmi məlumatlara istinadən xəbər verir ki, Şuşadakı otellərdə Azərbaycan vətəndaşları 8 min 169 gecə, əcnəbilər isə 116 gecə qalıblar.
Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycan vətəndaşları Şuşadakı otellərdə 1 593 gecə, əcnəbilər isə 105 gecə keçiriblər.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Şuşadakı otellərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk rübündə 5 dəfəyə yaxın artıb.

Elnur Əli
Seçilən
0
yeniavaz.com

1Mənbələr