AZ

Bu gün növbəti "El-Klasiko" keçiriləcək

Bu gün İspaniya La Liqasında növbəti "El-Klasiko" baş tutacaq.

"Ölkə.az" xəbər verir ki, ölkə çempionatının 35-ci turu çərçivəsində əzəli rəqiblər - "Barselona" və "Real Madrid" üz-üzə gələcəklər.

Katalon təmsilçisi hazırda 79 xalla turnir cədvələnin lideridir, madridlilər isə 75 xalla ikinci pillədə qərarlaşıblar.

Oyun Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

Qeyd edək ki, bu mövsüm La Liqada tərəflər arasında keçirilmiş ilk görüşdə "Barselona" səfərdə "Kral klubu"nu darmadağın edib - 0:4.

Seçilən
0
olke.az

1Mənbələr