AZ

Rusiyada Azərbaycan Xalqları Assambleyası yaradılıb



Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar Vilayətinin Yuqra rayomunda Azərbaycan Xalqları Assambleyası yaradılıb.

Bu barədə məlumatı Newscenter.az-a Assambleyanın sədri Vadim Əbdürrəhmanov verib. O bildirib ki, sözügedən təşkilat artıq Ədliyyə Nazirliyindən də qeydiyyatdan keçib.

Vilayətdə kifayət qədər tanınmış siyasətçi olan, eyni zamanda hüquq müdafiəçisi və xeyriyyəçi kimi tanınan Vadim Əbdürrəhmanov deyib ki, Assambleya Azərbaycan xalqlarının mənafeyinə xidmət edən bütün yerli milli diasporları, milli-mədəni muxtariyyətləri və ictimai təşkilatları birləşdirmək məqsədi ilə yaradılıb.

"Bu istiqamətdə hər kəslə əməkdaşlıq etməkdən şad olarıq",-deyə Vadim Əbdürrəhmanov bildirib.

Süleyman
Seçilən
0
newscenter.az

1Mənbələr