AZ

Məhəmməd Salah Misiri “Qızıl top”la sevindirmək istəyir

“Liverpul”un 32 yaşlı misirli ulduzu, cinah hücumçusu Məhəmməd Salah “Qızıl topu”u öz xalqı üçün qazanmaq istədiyini bildirib.

Arena.az “Ekip” dərgisinə istinadən, Salahın müvafiq açıqlamasını təqdim edir:

“Bu, məndən asılı deyil, amma aydındır ki, mən “Qızıl top”u öz xalqım üçün bir dəfə qazanmaq istərdim. Sən əslən Misirdəki kənddən olduğun halda, uşaqlıqda “Qızıl top” haqda xəyal etmək də çətindir. Ancaq mən “Liverpul”a keçdikdən sonra, düşünməyə başladım ki, bu, bir dəfə baş verə bilər. Amma mən bu mükafatı qazana bilməsəm, buna rəğmən, mənim karyeram onda da uğurlu olacaq.

Yaşım buna maneə ola bilərmi? Məniim cəmi 32 yaşım var. Bir neçə qalibin son illər 30-dan artıq yaşı olub. Odur ki, kim bilir? Bundan başqa, növbəti mövsüm daha da cəlbedici olacağını vəd edir, axı biz “Liverpul”la qənimətimizi (İngiltərə çempionluğunu – redaktorun qeydi) müdafiə etməyə çalışıcağıq və Çempionlar Liqasında iştirak edəcəyik. Həmçinin Misir yığması ilə Afrika Millətlər Liqasında çıxış edəcəyik, ümidvram ki, elə, dünya çempionatında da”, deyə Salah vurğulayıb.

Əlavə edək ki, Salah 28 qolla cari mövsüm İngiltərə Premyer Liqasının ən sərrast qolçusudur. Misirli hücumçu həmçinin məhsuldar ötürmələrin sayına görə mövsümün ən səmərəli futbolçusudur – 18 məhsuldar ötürmə.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Salahın “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 33 qol vurub, 23 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 398 oyun, 244 qol, 113 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 103 oyun keçirib, 58 qol vurub və 34 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
50
arena.az

10Mənbələr