AZ

Goranboyda dərmandan zəhərlənmə nəticəsində 64 baş qoyun tələf olub

Goranboy rayonunda qoyunlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri – 1974-cü il təvəllüdlü Arzu Cabbarova məxsus 12 baş, 1958-ci il təvəllüdlü Rafiq Ələsgərova məxsus 52 baş qoyun zəhərlənərək tələf olub.

İlkin ehtimallara görə, zəhərlənməyə səbəb fermada təmizlik məqsədilə istifadə olunan kimyəvi maddə olub.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
0
10
apa.az

10Mənbələr