AZ

Goranboyda 64 baş iribuynuzlu heyvan TƏLƏF OLDU

Goranboy rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri – 1974-cü il təvəllüdlü Arzu Cabbarova məxsus 12 baş, 1958-ci il təvəllüdlü Rafiq Ələsgərova məxsus 52 baş mal-qara zəhərlənərək tələf olub.

İlkin ehtimallara görə, zəhərlənməyə səbəb fermada təmizlik məqsədilə istifadə olunan kimyəvi maddə olub.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bizim.Media

Seçilən
0
10
bizim.media

10Mənbələr