İspaniya hakimiyyəti şənbə günü sənaye obyektində baş verən yanğının böyük bir əraziyə zəhərli xlor qazı buludu yaymasından sonra Barselona bölgəsində yaşayan 160,000-dən çox insandan evdə qalmalarını istəyib.
"Unikal" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, Barselonanın cənubundakı Vilanova i la Geltrú sahil qəsəbəsində baş verən yanğın hovuz təmizləyici vasitələrin saxlandığı binanı bürüyüb. Risk zonası Vilanova i la Geltrúdan Tarraqona yaxınlığındakı Kalafell kəndinə qədər beş bələdiyyəni əhatə edir.